İki güləşçimizin rəqibi bəlli oldu - "Paris-2024"

Paris-2024 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarının ikinci gününün püşkü atılıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan güləşçilərinin də rəqibləri bəlli olub.

74 kq çəkidə çıxış edən Turan Bayramov albaniyalı Çermen Valiyevlə görüşəcək. 125 kq çəkidə mübarizə aparan Giorgi Meşvildişvili isə Diaeldin Abdelmottaleblə (Misir) qarşılaşacaq. Hər iki güləşçimiz yarışa 1/8 finaldan başlayacaq.

Bu iki çəkidə yarışa sabah start veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR