Avqustda həyatının sevgisinə qovuşacaq üç bürc

Astroloqlara görə, Buğa, Tərəzi, Oxatan bürcləri avqust ayında şəxsi münasibətləri ilə bağlı sevindirici irəliləyişlərə nail olacaqlar. Onlar bu ayda yeni təkliflər ala bilər, xoş hadisələrlə üzləşə bilərlər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, astroloqlar bu bürclərin avqustda arzuladıqları partnyoru tapa biləcəklərini düşünürlər.

Buğa bürcü üçün avqust ayı eşq həyatı baxımından uğurlu keçəcək. Yeni insanlar tanımaqdan və sosiallaşmaqdan çəkinməyin. Əgər uğurlu və əyləncəli bir münasibət arzulayırsınızsa, risk almaq lazım gələcək.

Tərəzi bürcləri yeni partnyorları ilə məhz avqust ayında qarşılaşa bilərlər. Demək olar ki, onlar çoxdandır qurmaq istədikləri münasibətin astanasındadırlar. Çəkingən və utancaq davranışlar sizi bu "uğur zolağı"ndan uzaqlaşdıra bilər.

Oxatan bürcü altında doğulan kişilər üçün avqust xüsusi uğurlu keçəcək. Qarşılaşacağınız insanla münasibəti dərin səmimiyyət üzərində qurmağın faydası olacaq. Unutmayın ki, hər şey sizin inamlı və ağıllı addımlarınızdan asılıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı