Bakıda küçədə döyülən qızın son durumu açıqlandı

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda, Qanbay Vəzirov küçəsində 2006-cı il təvəllüdlü Hacızadə Ləman Zöhrab qızı içərisində orta yaşlı kişi və qadının olduğu bir qrup tərəfindən döyülüb.

Sabunçu Tibb Mərkəzindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 9 avqustda 2006-cı il təvəllüdlü (qadın cinsli) şəxs xəsarət alması səbəbilə xəstəxanaya müraciət edib:

"Ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, təpə nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ çiynin kəsilmiş yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti kafi olaraq qiymətləndirilir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı