Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Hüseyn Abdullayev bu il avqustun 2-də ürək nahiyəsində olan narahatlıqla bağlı Bakı İstintaq Təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.
Metbuat.az bildirir ki, həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib.
Nazirlikdən həmçinin bildirilib ki, H.Abdullayevin səhhəti həkim nəzarətindədir.