Bunun üçün Rusiyaya 1 il vaxt lazımdır - “The Washington Post”

"Ukrayna torpaqlarında 2 ildir davam edən müharibədən sonra Rusiya ərazisində aparılan uğurlu əməliyyat Kiyev üçün psixoloji əhəmiyyət kəsb etdi, Ukrayna ordusuna və ukraynalılara ruh yüksəkliyi gətirdi. Eyni zamanda rus ordusunun zəif cəhətlərini göstərdi".

Metbuat.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşrinin dərc etdiyi məqalədə bildirilir:

"Ukrayna Silahlı Qüvvələrinin qəfil irəliləyişi Vladimir Putin üçün "Vaqner" üsyanından sonra ən ciddi çağırışdır. Rus qoşunları digər istiqamətlərdə olduğu kimi sürətlə irəliləsə, Kursk vilayətində itirilmiş əraziləri geri almaq üçün bir il vaxt lazımdır".

Məqalədə qeyd edilir ki, Ukrayna ordusu artıq Rusiyanın 20-dən çox kəndini ələ keçirib və bir şəhərini qismən tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı