“Sabah” braziliyalı müdafiəçini transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan bildirilib. Məlumata görə, “tələbələr” braziliyalı müdafiəçi İqor Noqeyra ilə 2 illik müqavilə bağlayıb.

Mərkəz müdafiəçisi Portuqaliyanın “Şaveş” klubundan transfer edilib.

Braziliyanın “Fluminense” klubunun yetirməsi olan 29 yaşlı futbolçu karyerası ərzində bu klubla yanaşı, Belçikanın “Gent” (2014-2015), Braziliyanın “Fiqeyrense” (2018), CRB (2019), “Yuventude” (2022), Portuqaliyanın “Jil Visente” (2019-2021), “Santa Klara” (2023), “Şaveş” (2023/2024) və Meksikanın “Mazatlan” (2021-2022) klublarında çıxış edib.

Noqeyra “Sabah”da 14 nömrəli formanı geyinəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR