​“Google” Rusiyada pul qazanmağı dayandırdı

“Google” Rusiyada AdSense, AdMob və Ad Manager ilə pul qazanma imkanlarını dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. ABŞ mətbuatında yer alan xəbərdə, Rusiya mərkəzli AdSense hesablarına ödənişlərin artıq edilməyəcəyi qeyd edilib. Xəbərdə qeyd olunurdu ki, Rusiyada yayımçıların bundan əvvəlki qazancları ödəniləcək.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan sonra “Google” Rusiya dövlət mediasına reklam dərc etməyi və pul qazanmağı dayandırmışdı. Şirkət Rusiyada yeni AdSense hesablarının açılmasını da dayandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı