Hadisə şahidlərindən birinin ANS PRESS-ə verdiyi məlumata görə, təxminən yarım saat əvvəl "Kamaz" və sərnişin avtobusu toqquşub. Qəza nəticəsində ölən və yaralananlar var.
Şahidin sözlərinə görə, bir neçə təcili tibbi yardım maşınları və Fövqəladə Hallar Nazirliyinin işçiləri hadisə yerindədirlər. Ölən və yaralananların sayı, qəzanın baş vermə səbəbi haqqında hələlik heç bir məlumat yoxdur.