Donald Tramp noyabrda ABŞ prezidenti seçilsə, amerikalı milyarder İlon Mask administrasiyada vəzifəyə cəlb edilə bilər.
Metbuat.az bildirir ki, bu barədə Donald Trampın Mask ilə müsahibəsi zamanı danışılıb. Söhbət zamanı İlon Mask Trampın "Ağ Ev"ə qayıdacağı təqdirdə administrasiyadakı vəzifələrdən birinə namizədliyini irəli sürüb. Milyarderin fikrincə, bu, "dövlət xərclərini saxlamağa" kömək edə bilər.
"Vergi ödəyicilərinin pullarının düzgün xərclənməsinə əmin olacaq hökumətin səmərəlilik komissiyasının olması çox gözəl olardı. Mən bu mandatda kömək etməkdən məmnun olaram".
Onun bu təklifinə cavab olaraq Donald Tramp deyib ki, milyarderin komandasında olmasına sevinər. O, Maskı "gözəl iqtisadçı" adlandırıb.