Bu halda müharibədə dönüş ola bilər - Politoloq

"Ukrayna Rusiyanın ərazisinə daxil olub. Artıq Kursk və digər əraziləri nəzarətə götürməsi ilə bağlı videolar yayılıb. Ukrayna hərbçilərinin əlində kifayət qədər silah-sursat və hərbi texnika olacaqsa və tutduğu əraziləri nəzarətdə saxlaya biləcəksə, bu müharibənin taleyinə təsir edə bilər".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, Rusiya Ukraynanın təxminən 100.000 kv.km-dən çox ərazisini nəzarətə götürüb:

"Ukrayna isə 1000 kv.km ərazini nəzarətə götürə bilib. Bu müharibədə tam balans yaradacaq deyə qəbul edilə bilməz. Hər halda danışıqlar prosesinə müəyyən təsir göstərir. Onu Ukraynanın xeyrinə çevirmək imkanı əldə edə bilər".

Politoloq qeyd edib ki, əgər Ukrayna müharibəni Rusiya ərazisində genişləndirərsə, nəzarətə götürdüyü ərazilər çoxalarsa, o zaman müharibədə bir dönüş ola bilər:

"Ukraynaya indiki halda tutuğu əraziləri nəzarətdə saxlamaq üçün həm canlı qüvvə, həm də silah-sursat baxımından kömək lazımdır. Bu həyata keçirilərsə, müharibənin Ukraynanın xeyrinə dönüşünə şərait yarana bilər".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı