HƏMAS Məscidül-Əqsaya basqını qınadı

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, Nəcəf və Qalileyanın inkişafı naziri Yitzhak Vasserlauf, eləcə də İsrail parlamentinin bəzi üzvlərinin fanatik yəhudilərlə işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın etməsindən sonra HƏMAS yazılı açıqlama verib.

Metbuat.az xəbər verir ki, HƏMAS bəyan edib ki, israilli nazirlər Fələstin torpaqlarını zəbt edən fanatik yəhudilərlə Məscidül-Əqsaya basqın edərək vəziyyəti daha da gərginləşdiriblər.

Bəyanatda deyilir ki, İsrailin Qəzzada davam edən qırğınları, İordan çayının qərb sahilində törətdiyi qətllər, Qüds və Məscidül-Əqsada sistematik pozuntular, yəhudiləşdirmə cəhdləri bölgədəki gərginliyi daha da artırır və regional və beynəlxalq sülhü təhdid edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı