Bakıda məmur qəfil vəfat etdi

Hesablama Palatasının Maliyyə və təchizat şöbəsinin sektor müdiri Ağayev Namiq Ataxan oğlu dünyasını dəyişib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun səhhətində daha öncədən hər hansı problemin olmadığı, qəfil ürəktutmadan həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, N.Ağayev bu il iyunun 24-də Prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı