Cəlilabadda quyuya düşənlərin kimliyi bilindi - ADLAR

Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna düşən ata və qızının şəxsiyyəti məlum olub.

Metbuat.az Report-a istinadən bildirir ki, onlar 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov və onun 2004-cü il təvəllüdlü qızı Nəsibə Məmmədovadır.

Qeyd edək ki, xilasedicilər atanın meyitini təxminən 15 metr dərinliyi olan su quyusundan tapıb. Hazırda quyuda olduğu ehtimal edilən qadının axtarışları aparılır.

***

Cəlilabad rayonunda ata və övladının su quyusuna düşdüyü ehtimal olunur, atanın meyiti tapılıb.

Metbuat.az Report-a istinadən bildirir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) 20 yaşlı qadının təxminən 15 metr dərinliyi olan su quyusuna düşdüyü barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər quyudan həmin qadının atasının meyitin aşkar ediblər. Həmçinin 20 yaşlı qadının da quyuda olduğu ehtimal edilir. Hazırda onun xilas edilməsi üçün əməliyyat aparılır.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası da cəlb olunub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı