"Barselona" ulduzunu ingilis nəhənginə sata bilər

İspaniyanın "Barselona" klubunda forma geyinən niderlandlı futbolçu Frenki de Yonq klubu tərk edə bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" klubu ilk olaraq futbolçu üçün qarşı tərəfə 50 milyon avro dəyərində təklif göndəriblər, lakin təklif qəbul edilməyib.

Lakin "Barselona" yeni 55 milyon avroya aldığı ispan futbolçu Dani Olmonu yerli çempionat üçün qeydiyyatdan keçirə bilmir və buna görə ən azı 60 milyonluq satış etməyə məcburdur. Odur ki, klub Frenki de Yonqu 70 milyon avroya satmaq niyyətindədir. İngilislərin futbolçu üçün yeni təklif göndərə biləcəyi ehtimal edilir.

Qeyd edək ki, ardıcıl 3-cü mövsümdür niderlandlının adı "Mançester Yunayted" ilə hallanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı