Ötən gün Avropa Super Kubokunda "Atalanta"nı məğlub edən "Real Madrid" 6-cı dəfə kuboka sahib çıxıb.
Metbuat.az xəbər verir ki, türk futbolçu Arda Gülərin ikinci hissədə meydana daxil ola biləcəyi gözlənilirdi. Lakin Ançelotti onu meydana oyunun sonunda - 88-ci dəqiqədə buraxıb. O, Vinisius Juniorun yerinə meydana çıxıb.
Oyundan sonra türk jurnalistlərə açıqlama verən "Real"ın belçikalı qapıçısı Tibo Kurtua Arda Gülər barədə xoş sözlər deyib:
"O, mənim kiçik qardaşımdır. Bizim menecerlərimiz eynidir, ona görə Ardaya yardım etməyə çalışıram. Çox yaxşı insandır, özəl bir oyunçudur. Məncə "Real Madrid"də çox kuboklar qazanacaq".
Həmçinin "Real"ın ingilis hücumçusu Cudi Bellinqem də Arda barədə danışıb. O, türk futbolçunu çox sevdiyini bildirib:
"Ardanı çox sevirəm. Burada hər kəs onu çox sevir. O, ən yaxşısına layiqdir".