Avropa Super Kukobunda "Atalanta"ya qarşı keçirilən matçdan sonra "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti türk futbolçu Arda Gülərlə meydanda söhbət edərkən görüntülənmişdi.
Metbuat.az "Defensa Central"a istinadən xəbər verir ki, italiyan mütəxəssisin gənc futbolçu ilə keçirdiyi bu "mini iclas"ın məzmunu bəlli olub. Ançelotti "Atalanta" matçında 88-ci dəqiqədə meydana girən Arda Gülərə bunun qarşıdakı mövsümə bir təsiri olmayacağını deyib və bazar günü "La Liqa"da "Malyorka"ya qarşı keçiriləcək oyunda ona daha çox şans verəcəyini bildirib.
Qeyd edək ki, "Atalanta" matçından əvvəl də Ançelotti bu oyunda Ardaya daha çox şans verəcəyini desə də, türk futbolçu 88-ci dəqiqədə meydana daxil olmuşdu və bu, türk azarkeşlər tərəfindən mənfi qarşılanmışdı.