Qurbanov ona xəbərdarlıq etdi - FOTO

Çempionlar Liqasının qrup mərhələsini hədəfləyən “Qarabağ” növbəti iki oyunla istəyinə çata bilər.

Bu yolda sonuncu rəqib Zaqreb “Dinamo”sudur ki, ilk görüş səfərdə baş tutacaq.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov məlum qarşılaşmadan əvvəl bir futbolçuya xəbərdarlıq edib.

Təcrübəli çalışdırıcı “Ludoqorets”lə hər iki görüşdə sarı vərəqə ilə cəzalanan Julio Romaoya son dərəcə diqqətli olmağı tapşırıb.

“6 nömrə” Zaqrebdəki qarşılaşmada qarşısında “sarı” görəcəyi halda, Bakıdakı cavab oyununu kənardan izləyəcək.

Belə olması “Qarabağ” üçün kifayət qədər ciddi itki sayılacaq. Odur ki, sərt oyun zamanı dozanı aşmamalıdır.

Avqustun 20-də “Maksimir” stadionunda baş tutacaq duel Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR