"Fənərbağça" İngiltərədən 16 milyonluq ulduzla maraqlanır

Yarımmüdafiəçi transferində gecikdiyi üçün tənqidlərə məruz qalan "Fənərbağça" rəhbərliyi danışıqları sürətləndirib.

Metbuat.az "Fotomaç"a istinadən xəbər verir ki, İngiltərə mediasının yazdığına görə, İstanbul təmsilçisi Joze Mourinyonun "Tottenhem"dəki keçmiş futbolçusu Giovani Lo Celso ilə maraqlanır. Lakin türk klubunun rəqibləri də güclüdür. Belə ki, argentinalı oyunçunun elçiləri arasında "Roma", "Aston Villa" və "Betis" klubları da var.

"Tottenhem" oyunçunun transfer qiymətini 13 milyon avro olaraq təyin edib. Oyunçunun klubla müqaviləsi bu il bitir, ötən mövsüm London klubunun heyətində 28 matça çıxan argentinalı 2 qol və 2 asistlə yadda qalıb. Onun artıq heyətdə düşünülmədiyi bildirilir.

Qeyd edək ki, 28 yaşlı futbolçu Aropada "PSJ" və "Betis" formaları geyinib. O,Argentina millisində 57 oyunda meydana çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı