SOCAR və “Qazprom” strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəldi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazprom” şirkəti çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya şirkətinin mətbuat xidmətinin bəyanatında deyilir.

“Qazprom” və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik inkişaf edir. Söhbət o cümlədən “Şimal-Cənub” layihəsindən, bu ilin sentyabrında genişmiqyaslı elmi-texniki əməkdaşlıq proqramının imzalanması ilə bağlı razılığın əldə olunmasından gedir. Çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub”, - “Qazprom”un rəhbəri Aleksey Miller söyləyib.

Qeyd edək ki, “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə iştirak edib. Putin avqustun 18-də Bakıya iki günlük səfəri gəlib. Dövlət başçıları danışıqlar aparıb, bir sıra birgə sənədlər imzalayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı