İran hakerləri seçkilərə müdaxilə edir - ABŞ

İran Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harrisin seçki qərargahına qarşı kiberhücumlar həyata keçirib.

Metbuat.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Milli Kəşfiyyat Direktorunun Ofisi (ODNI), Federal Təhqiqat Bürosu (FTB) və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) yaydığı birgə bəyanatda deyilir.

ABŞ kəşfiyyatı hesab edir ki, Tehran "sosial mühəndislik və digər səylər vasitəsilə hər iki siyasi partiyanın prezidentlik kampaniyalarına birbaşa çıxışı olan şəxslərə çıxış əldə etməyə çalışıb".

İranın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir ki, əgər Vaşinqton ittihamlarını haqlı hesab edərsə, Birləşmiş Ştatlar İran hakimiyyətinə Tehranın ABŞ prezident seçkilərinə müdaxilədə iştirakı ilə bağlı sübutlar təqdim etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı