NASA Yerdən 27 min dəfə böyük sirli obyekt tapdı

NASA Süd Yolu qalaktikasından 1,6 milyon kilometr sürətlə uzaqlaşan sirli bir obyekt kəşf edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu sürət obyektin qalaktikanın cazibə qüvvəsini aşaraq kosmosun dərinliklərinə doğru yol aldığını göstərir. Bu önəmli kəşf NASA-nın "Backyard Worlds: Planet 9" adlı layihəsi çərçivəsində gerçəkləşdirilib.

"CWISE J1249" adı verilən sirli obyektin olduqca yaşlı olduğu və böyük ehtimalla qalaktikamızdakı ilk ulduz nəslindən birinə aid olduğu qeyd edilib. Obyektin Yer kürəsindən təxminən 27 min 306 dəfə böyük olduğu ehtimal edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR