Aparıcı Çiçək bu kanalda çalışacaq

Tanınmış radio dicey Şəhla Vakkas (Çiçək) də efirə qayıdır.

Metbuat.az Olay.az-a istinadən bildirir ki, Anar Cəfərov və Vüsalə Kərimovadan sonra o da MTV-də aparıcılıq edəcək. Yeni sezona təzə simalarla başlamağı hədəfləyən kanalda Çiçək gündəlik proqramla tamaşaçıların qarşısına çıxacaq.

Qeyd edək ki, bir müddət öncə “MTV Azərbaycan” telekanalına icraçı direktor əvəzi Fariz Əliyev gətirilib. Bütün dəyişikliklərin və yeniliklərin səbəbi də onun kanala gəlişi ilə bağlıdır.

Ş.Vakkas isə ən son Xəzər TV-də aparıcılıq edirdi. Onun efirlə yolları uzun zamandır ki, ayrılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR