Rusiya lideri Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan telefonda danışıblar.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb. Tərəflər tezliklə görüşmək və ikitərəfli gündəliyi müzakirə etmək barədə razılığa gəliblər.
Vladimir Putin Paşinyana 18-19 avqust tarixlərində baş tutan Azərbaycana səfərinin yekunları barədə məlumat verib, Paşinyan Putinə təşəkkür edib.