İlon Mask Durovun azadlığa buraxılması üçün çağırış etdi

Amerikalı milyarder və “X”, “Tesla”, “SpaceX” şirkətlərinin sahibi İlon Mask, "Telegram"ın təsisçisi Pavel Durovun Fransada həbs edilməsinə reaksiya verib.

Metbuat.az xəbər verir ki, İlon Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Mask, Pavel Durovun müsahibələrindən birini paylaşaraq “Paveli azad edin” şərhini yazıb və onun sərbəst buraxılması üçün çağırış edib.

Xatırladaq ki, rus-fransız milyarder Pavel Durov Paris yaxınlığındakı Burke hava limanında saxlanılıb. O, şəxsi təyyarəsi ilə səyahət edərkən Fransa polisinin ilkin araşdırması çərçivəsində həbs qərarı ilə saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı