İrəvan müharibəyə hazırlaşır? - AÇIQLAMA

"Ermənistan artıq uzun müddətdir ki, şərti sərhəd bölgələrində təxribat yönümlü hərəkətlər həyata keçirir. Azərbaycan tərəfini atəşə tutur. Burada Ermənistanın açıq-aşkar bir məqsədi var, o da Azərbaycanı təxribata çəkməkdir".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. Onun sözlərinə görə, Ermənistan bütün dünyaya, Avropa Birliyinin müşahidə missiyasına bildirmək istəyir ki, guya Azərbaycan təcavüzkar ölkədir, Ermənistanı işğal etmək istəyir:

"Sözsüz ki, Azərbaycan Ermənistanın bu təxribatlarına gəlmir və gəlməyəcək də. Amma bu o demək deyil ki, əgər Ermənistan Azərbaycan ərazilərinə qəsd həyata keçirərsə, vətəndaşlarının həyatına təhdid yaradarsa, rəsmi Bakı buna susacaq. Təbii ki, Azərbaycan ona uyğun addımlar atacaq".

Politoloq bildirib ki, hansısa müharibədən söhbət gedə bilməz:

"Ermənistan Azərbaycanla müharibə etməyə hazır vəziyyətdə deyil. Onun hərbi texnikasının böyük bir hissəsi İkinci Qarabağ müharibəsində məhv edildi. İndi Fransadan, Hindistandan almağa davam edir. Amma bu bir neçə ilə doldurulacaq bir itki deyil".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı