Yaponiyada qasırğaya görə 800 min insan təxliyə edildi

Yaponiya “Şanşan” qasırğasının cənub-qərb bölgəsinə yaxınlaşması ilə bağlı fövqəladə xəbərdarlıq edib.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, 800 min sakinin təxliyyəsi başlayıb, hava və dəmir yolu reysləri ləğv edilib, yerli zavodların işi dayandırılıb. Xəbərdarlığa görə, küləyin sürəti 50-70 m/s olacaq.

Yaponiya Meteorologiya Agentliyi xəbərdarlığında deyilir:

"Proqnozlara indiyədək müşahidə olunmayan güclü küləklər, yüksək dalğaların daxil olduğunu nəzərə alsaq, həddindən artıq ehtiyatlı olmaq lazımdır".

Sinoptiklər "Şanşan" qasırğasınınYaponiyanın cənub-qərbindəki Kyushu adasını sabah, avqustun 29-da vuracağını gözləyirlər. Bundan sonra qasırğa mərkəzi və şərq rayonlarına yaxınlaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı