Paşayevanın yerinə onlardan biri gələcək - ADLAR

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu seçki əvvəlkilərdən tamamilə fərqlənir. Belə ki, budəfəki parlament seçkiləri respublikamızın Qarabağ da daxil olmaqla bütün ərazilərini əhatə edəcək.

Metbuat.az Modern.az-a istinadən bildirir ki, 1 sentyabr seçkisində 106 saylı Tovuz seçki dairəsindən kimin deputat seçiləcəyi xüsusi maraq doğurur. Bu da səbəbsiz deyil. Çünki həmin dairəni indiyədək parlamentdə ən aktiv deputatlardan olmuş mərhum Qənirə Paşayeva təmsil edib. Yeni deputat Qənirə Paşayevanı əvəz edə biləcəkmi?

Qənirə Paşayeva Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı və Mədəniyyət komitəsinin sədri olub.

Sentyabrın 1-də keçiriləcək seçkilərdə 106 saylı Tovuz seçki dairəsindən 6 nəfər namizəd yarışacaq. Burada hakim Yeni Azərbaycan Partiyasının namizədi VI çağırış Milli Məclisin deputatı Nizami Səfərovdur.

Digər namizədlər isə aşağıdakılardır:

Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilib, 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat edib. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı