Bayden Ukraynaya bu icazəni verməyəcək - KİV

"Zelenski Böyük Britaniyanın baş nazirinin Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki hərbi hədəfləri vurmaq üçün uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməməsindən məyusdur. Bu məsələ Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində davam edən əməliyyatı fonunda xüsusilə aktuallaşıb".

Metbuat.az bildirir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Qeyd olunur ki, Böyük Britaniya Ukrayna ordusuna “Storm Shadow” raketlərindən sərbəst istifadə etməyə icazə verməyə hazırdır.

Problem ondadır ki, onların istifadəsi ABŞ hərbi sistemləri ilə yanaşı həyata keçiriləcək, yəni onların Rusiyadakı hədəflərə qarşı istifadə edilib-edilməməsi ilə bağlı son qərarı amerikalılar verəcək. Lakin Bayden hakimiyyətdə olduğu müddətdə Rusiyaya zərbə endirmək üçün icazənin olması ehtimalı azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı