Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik etdi

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan parataekvondoçusu Sabir Zeynalovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında medal qazanması ilə bağlı paylaşım edib.

Metbuat.az paylaşımı təqdim edir:

“Parataekvondoçu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı! Bürünc mükafatçını səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR