Onlar 7-ci dəfə deputat olur - ADLAR

Xəbər verdiyimiz kimi, "Oracle Advisory Group" (ABŞ), STM və "SWG SPA" (İtaliya) agentliklərinin 2024-cü il 1 sentyabrda keçirilən 7-ci çağırış parlament seçkilərində apardıqları ekzit-pollun nəticələri elan edilib.

Metbuat.az-ın məlumatına görə, hər üç agentliyin apardığı ekzit-poll nəticələrinin üst-üstə düşməsi seçkilərin rəsmi yekunlarının da bu nəticələrə uyğun olacağı ehtimal edilir.

Hazırkı nəticələrə əsasən, 7-ci çağırış Milli Məclisə 7-ci dəfə seçilən 3 nəfər müəyyən olunub. Onlar Ziyafət Əsgərov, Mixail Zabelin və İmamverdi İsmayılovdur.

Qeyd edək ki, hələlik rəsmi nəticələr açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR