Rusiya Lvov şəhərini vurdu, ölənlər var

Ukrayna prezidenti Vladimir Zelenski X hesabında verdiyi açıqlamada Rusiya ordusunun Lvov şəhərinə raket hücumu həyata keçirdiyini bildirib.

Metbuat.az bildirir ki,Hücumun mülki infrastruktura həyata keçirildiyinə işarə edən Zelenski, mövcud məlumata görə, hücum nəticəsində biri uşaq olmaqla 5 nəfərin öldüyünü, 30-dan çox insanın isə yaralandığını bildirib və əlavə edib:

“Adi yaşayış binaları, şəhərdəki məktəblərə, tibb müəssisələrinə ziyan dəyib”.

Rusiya ordusunun Kriviy Riq şəhərinə də raket hücumu həyata keçirdiyini qeyd edən Zelenski bu hücumda 5 nəfərin yaralandığını qeyd edib.

Rusiyanın Ukrayna şəhərlərinə hücumlarını “terror aktları” kimi xarakterizə edən Zelenski dünyanı bu hücumların qarşısını almaq üçün Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı