MAQATE Ukraynadakı fəaliyyətini genişləndirəcək

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynanın kritik enerji infrastrukturunun statusunu qorumaq üçün daha fəal mövqe nümayiş etdirəcək.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra deyib.

Qrossi bildirib ki, atom elektrik stansiyalarının təhlükəsizliyi elektrik şəbəkəsinə sabit qoşulmadan asılıdır:

“Müharibə nəticəsində vəziyyət getdikcə daha həssas olur və bu baxımdan potensial təhlükə artır. MAQATE münaqişə zamanı nüvə qəzasının qarşısını almaq üçün fəaliyyətini genişləndirəcək və nüvə təhlükəsizliyinin bu mühüm aspektinə daha yaxından baxacaq".

Qeyd edək ki, sentyabrın 3-də Rafael Qrossi Kiyevdə Zelenski ilə görüşüb. Ötən həftə MAQATE-nin baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Kursk AES-də və Kurçatov şəhərində olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı