Orxan Əfəndiyev sədr vəzifəsindən çıxdı

"Azərbaycan Sənaye Sığorta" ASC-nin (ASS) İdarə Heyətinin (İH) sədri Orxan Əfəndiyev işdən çıxıb.

Metbuat.az bu barədə şirkətə istinadən xəbər verir. Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb.

O.Əfəndiyev 2019-cu ilin avqust ayından sözügedən vəzifədə idi.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı