Donetskdə xəstəxananı raketlə vurdular (FOTO)

Donetskdə xəstəxananı raketlə vurdular (FOTO)
20:46 19 Yanvar 2015
86 Dünya
Ölkə mətbuatı
A- A+

Donetskdə uşaq xəstəxanasına raket düşüb.

ANS PRESS-in məlumatına görə, raket zərbəsi nəticəsində xəstaxananın iki həkimi yaralanıb.

Artilleriya atəşinə Donetskin Kalinin rayonunda yerləşən 3№ şəhər uşaq xəstəxanası tuş gəlib.

Mərmilər ikinci və üçüncü mərtəbələrin arasına düşüb. Daha bir partlamamış mərmi binanın damında qalıb.

İki zərər çəkən həkimlərdən birinin vəziyəti ağırdır. Hadisə vaxtı xəstəxanada olan pasiyentlərdən və ziyarətçilərdən zərər çəkən olmayıb.

Hazırda bütün xəstələri və klinikanın personalını təxliyyə edirlər.







Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR