Gəncə ictimaiyyətinin nümayəndələri 20 Yanvar şəhidi Valeri Boqdanovun ailəsinə baş çəkiblər

Gəncə ictimaiyyətinin nümayəndələri 20 Yanvar şəhidi Valeri Boqdanovun ailəsinə baş çəkiblər
20:48 19 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 19 yanvar, AzərTAc
Rostov Dəmiryol Universitetinin məzunu olan və uzun illər Gəncə dəmiryolunda çalışan, sonralar isə Bakıda milli təhlükəsizlik orqanlarında işləyən Valeri Boqdanov da Sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin qurbanı olub.
Valeri Boqdanovun vaxtilə çalışdığı Gəncə dəmiryolunun kollektivi tez-tez şəhidin ailəsini ziyarət edir, problemləri ilə maraqlanır.
AzərTAc xəbər verir ki, 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı şəhidin keçmiş iş yoldaşları və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri Valeri Boqdanovun ailəsinə baş çəkiblər.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yük daşımaları üzrə qərb bölgəsinin rəisi Füzuli Kərimov görüş zamanı bildirib ki, müstəqilliyimiz və suverenliyimiz uğrunda şəhid olan digər oğullarımız kimi, Valeri Boqdanovun da xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Onun qısa, lakin mənalı ömrü müstəqil respublikamızın zəfər salnaməsində layiqli yer tutacaq.
Valeri Boqdanovun anası Valentina Boqdanova oğlunun xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O, həmçinin Valerinin vaxtilə işlədiyi Gəncə Dəmiryolu İdarəsinin kollektivinə təşəkkür edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gence_ictimaiyyetinin_numayendeleri_20_Yanvar_sehidi_Valeri_Boqdanovun_ailesine_bas_chekibler-825923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR