Seçki ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlər araşdırılır - MSK sədri

Növbədənkənar parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlər araşdırılır. Ümumilikdə bizə daxil olan bütün görüntülərə baxılmalıdır.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın sentyabrın 9-da keçirilən iclasında söyləyib

O bildirib ki, bəzi görüntülər oxşarlıq təşkil edir. Bunun üçün bütün prosesi əhatə edən əsas görüntülərə baxmaq lazımdır. Ümumiyyətlə, növbədənkənar parlament seçkiləri ilə əlaqədar bütün məntəqələrdəki əsas görüntülərə baxılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı