ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

ABŞ-nin Vermont ştatında təyyarə qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Vermont Əyaləti Polisindən verilən açıqlamada, Konnektikutdakı hava limanından havaya qalxan 4 nəfərlik kiçik təyyarənin təxminən 2 saat davam edən uçuşdan sonra Vermonta çatdığı bildirilib.

Qeyd olunub ki, axtarış işləri nəticəsində təyyarənin qalıqlarının tapıldığı və təyyarədə olan 4 nəfərin həyatını itirdiyi məlum olub.

Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası məsələ ilə bağlı araşdırmaya başladığı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR