Mbappe "Real"dan əvvəl bu klubla razılıq əldə edibmiş

Kilian Mbappe 2022-ci ildə PSJ ilə yeni müqavilə imzaladıqdan sonra komandadan ayrılmaq istəyib.

Metbuat.az xəbər verir ki, o hətta gedəcəyi klubla razılığa da gəlib. “L'Equipe” qəzetinin məlumatına görə, Mbappenin 2022-ci ildə PSJ ilə müqaviləsini yenilədikdən sonra layihənin yolunda getmədiyini və xəyanətə məruz qaldığını hesab edib. Mbappe PSJ-nin həmin transfer dövrdə Robert Levandovski və Bernardo Silvanı heyətinə qata bilməməsindən məyus olub və “Liverpul”la şifahi razılığa gəlib. Mbappe “Real Madrid”ə transfer olmaq istədiyi üçün "Liverpul"la müqavilə imzalayaraq daha sonra İspaniya nəhənginə transfer olunmasına imkan yaradan təklifə razılıq verib. "Liverpul" PSJ-yə 200 milyon avro təklif etsə də, klub 400 milyon avro tələb edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR