Putin BRİKS ölkələrinin nümayəndələri ilə görüşdü

Rusiya prezidenti Vladimir Putinin BRİKS ölkələrinin milli təhlükəsizlik məsələlərinə cavabdeh olan nümayəndələri ilə görüşü başlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, görüş Sankt-Peterburqdakı Konstantinovski sarayında keçirilib.

Vladimir Putin bugünkü iclasda bildirib ki, indiyə qədər samiitlə bağlı 150-yə yaxın tədbir, görüşlər, sənaye forumları keçirilib, əksər ekspert və nazir görüşləri baş tutub. Putin əlavə edib ki, bu günə kimi 34 dövlət bu və ya digər formada BRİKS fəaliyyətlərinə qoşulmaq istədiyini bildirib.

Prezident qeyd edib ki, BRİKS-in Kazanda keçiriləcək sammitində müxtəlif sektorlarda əməkdaşlığa dair sazişlər paketinin təsdiqlənməsi planlaşdırılır.

Qeyd edək ki, sammit 22-24 oktyabrda baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı