Putin Hindistan baş nazirinin müşaviri ilə görüşdü

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqdakı Konstantinovski sarayında Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Kumar Doval ilə görüşüb.

Metbuat.az xəbər verir ki, Prezident oktyabrın 22-də Kazanda Hindistanın baş naziri Narendra Modi ilə ikitərəfli görüşün keçirilməsini təklif edib.

Rusiya tərəfdən görüşdə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iştirak edib.

Putin Hindistanın baş naziri ilə 2024-cü il iyulun 8-9-da keçirilmiş son danışıqların əhəmiyyətini qeyd edib. O, Rusiya Federasiyası ilə Hindistan arasında strateji tərəfdaşlığı və dialoqu davam etdirdiyinə görə Nyu Dehliyə təşəkkür edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı