Kərimi toydan çıxandan sonra döyüblərmiş - Detallar

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov iştirak etdiyi məclislərin birində döyülüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Toyda qeydə alınan insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

Yayılan məlumata görə, müğənninin döyülməsi hadisəsi Kərim Abbasovun mahnıları fonoqram ifa etdiyi üçün baş verib. Belə ki, bu, məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

Metbuat.az Yenisabah.az-a istinadən xəbər verir ki, toyda iştirak edən qonaqlardan biri baş verən insidentin təfərrüatlarını danışıb.
Onun sözlərinə görə, Kərim Abbasov toy boyu canlı oxusa da, məclisin sonuna yaxın sifariş olunan rusca mahnını fonoqram ifa edib: “Kərim toyboyu canlı ifa edirdi. Lakin sonradan mahnı sifarişi gəldi, sifariş edilən mahnı rus mahnısı idi. O, sifariş edilən mahnını fonoqram oxuyurdu. Müğənnilər rus mahnılarını çox da yaxşı bilmirlər, amma ev yiyəsindən sifariş gəldikdə onu oxumağa məcburdular. Toy yəhudi toyu idi. Kərim sifarişi oxuduğu vaxtda məclisdə olan qonaqlardan biri səhnəyə yaxınlaşdı ki, mən də səninlə birgə ifa edəcəyəm. Mahnı fonoqram olduğu üçün istər-istəməz qonağa verilən mikrofonun səsi zəif çıxır. Bu zaman qonaq israr etdi ki, Kərim öz mikrofonunu ona versin. Qonaq inadla müğənnidən mikrofonunu istədi, ona oxumağa imkan vermədi. Kərim də əsəbiləşdi ki, bu, mənim şəxsi mikrofonumdur və onu heç kəsə vermirəm”.
İfa bitəndən sonra da qonaq Kərimdən əl çəkmədi, mübahisə yaratdı ki, sən niyə fonoqram oxudun, mən canlı oxuyacaqdım, mənə imkan vermədin. Mübahisə belə başladı”.
Mənbə qeyd edib ki, mübahisə bununla da səngiməyib: “Kərim toydan çıxıb Moskvaya başqa toya getməli idi. O, təyyarəyə çatmalı idi, buna görə saat 12-ə işləmiş istədi ki, toyu bitirsin, “Vağzalı” çaldırdı. Gəlinin anası, yaxınları gəlib etiraz etdilər ki, nə vağzalı, toy hələ davam edəcək.

Ev yiyələri yəhudi idi, onlar toyun sonunda “Beni Qoru” oxuyacaqdılar. Bu, yəhudilərin adətidir, toyun sonunda bir növ ayin kimi icra edirlər. Toyun sonunda masalar birləşdirilir, uzun masanın arxasında qonaqlar əyləşir və ölülərin adlarını çəkib “Beni qoru” deyirlər.
Ev yiyələri Kərimin toyu bitirməyinə icazə vermədilər. O da bir müddət gözlədi, amma saat 12-nin yarsı getməyə məcbur idi, yavaş-yavaş əşyalarını yığışdırmağa başladı. Məclis sahiblərinə də bildirdi ki, siz özünüz davam edin, mən təyyarəyə çatmalıyam. Kərim yığışıb getmək istəyəndə aşağıda ev yiyələri onu döydülər. Həmin gün təyyarəyə də çata bilmədi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı