Bakıda binanın bir hissəsi uçub - VİDEO

Bakıda qəzalı vəziyyətdə olan binanın bir hissəsi uçub, sakinlər gecəni küçədə keçiriblər. Söhbət Sabunçu rayonu, Zabrat-1, Nəsibə Zeynalova küçəsi, ev 22 ünvanından gedir.

Metbuat.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, 109 yaşlı ikimərtəbəli qəzalı binada hazırda 12 ailə yaşayır.

Sakinlərin iddiasına görə, hətta təcili tibbi yardım çağıran zaman ünvana gələn tibb işçiləri evlərə daxil olmağa risk etmirlər.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Şiriyev bildirdi ki, binanın qəzalı vəziyyətdə olması haqqında Fövqəladə Hallar Nazirliyinin müvafiq aktı olmasa da, uzun illər təmir edilmədən istismar olunduğundan bina tamamilə yararsız vəziyyətə düşüb. Binanın mövcud vəziyyəti ilə əlaqədar məlumatlar Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə təqdim olunub. İcra nümayəndəsinin sözlərinə görə, binada yaranmış problem həll olunana qədər orada yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi üçün binanın balansında olduğu Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məlumat verilib. Veriləcək qərara uyğun olaraq müvafiq addımlar atılacaq.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR