Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 4-cü tur başa çatıb.
Metbuat.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması IV turda Monteneqro üzərində qələbə qazanıb – 3:1. Hesabat turunda Aydın Süleymanlı ilə Şəhriyar Məmmədyarov qalib gəliblər. Nicat Abasov və Rauf Məmmədov heç-heçə oynayıblar.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Sloveniya komandasını üstələyib – 3:1. Günay Məmmədzadə ilə Gövhər Beydullayeva partiyanı qələbə ilə bitirib. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə heç-heçə ilə kifayətləniblər.
Qeyd edək ki, Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.