"Sabah" və "Turan Tovuz" bərabərə qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, son oyunda "Sabah" və "Turan Tovuz" komandaları üz-üzə gəlib. Görüş qollu heç-heçə ilə nəticələnib - 2:2.

Günün ilk oyununda Zirə" doğma meydanda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəlib.

Turun daha əvvəl keçirilən matçlarında "Araz-Naxçıvan" "Kəpəz"i, "Şamaxı" "Sumqayıt"ı 1:0, "Qarabağ" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edib.

Hazırda "Turan Tovuz" 14 xalla turnir cədvəlinə başçılıq edir. "Qarabağ" 12 xalla 2-ci, "Sabah" isə 11 xalla 3-cü pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı