"Mançester Siti" aşağı liqaya düşə bilər

İngiltərə Premyer Liqasının nəhəngi "Mançester Siti" aşağı liqaya düşə bilər.

Metbuat.az xəbər verir ki, klub 115 dəfə maliyyə qaydalarını pozduğuna görə mühakimə olunacaq. "Mançester Siti" maliyyə hesabatlarını təhrif etmək kimi məsələlərdə ittiham olunur. İddia edilir ki, klub oyunçuların maaşları, menecerlərin maaşları, gəlir mənbələrini gizlətmək və digər məsələlər barədə yalnış hesabatlar verib. “Mançester Siti”nin əməlləri sübuta yetirilsə, klub xalların silinməsi və ya aşağı liqaya düşmə kimi ciddi sanksiyalarla üzləşə bilər.

İddia edilir ki, pozuntular 2009-2018-ci illəri əhatə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı