Kişi və qadınlardan ibarət Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.
Metbuat.az xəbər verir ki, hər iki komanda VII turda Qazaxıstanın müvafiq kollektivləri ilə üz-üzə gələcək.
Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət yığma (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı, Məhəmməd Muradlı) 8 xalla 22-сi, Mixail Şereşevskinin başçılıq etdiyi ( Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova) qadın komandası isə 10 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.