Ferdi "Brayton"da ilk qolunu belə vurdu - VİDEO

"Fənərbaxça"dan 30 milyon avroya "Brayton"a transfer olunan Ferdi Kadıoğlu İngiltərə klubunun heyətində ilk qolunu Liqa Kuboku matçında "Vulverhempton"la matçda vurub.

Metbuat.az xəbər verir ki, İngiltərə Liqa Kubokunun 3-cü tur matçında "Brayton" "Vulverhempton"u qəbul edib. “The American Express” stadionunda keçirilən oyunda meydan sahibləri 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. “Brayton”u növbəti tura çıxaran qolları 14-cü dəqiqədə Karlos Baleba, 31-ci dəqiqədə Simon Adinqra və 85-ci dəqiqədə Ferdi Kadıoğlu vurub. Qonçalo Guedesin 44-cü dəqiqədə, Tomas Doylun 90+1-ci dəqiqədə vurduğu qollar “Vulverhempton”a yetərli olmayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı