Ukrayna Almaniyadan təcili hərbi yardım alacaq - Reuters

Almaniya höküməti Ukraynaya hərbi yardım üçün 397 milyon avronu təsdiq edəcək.

Metbuat.az bildirir ki, bu barədə "Reuters" məlumat yayıb. Məlumatda qeyd edilir ki, cəbhədəki vəziyyətin daim pisləşir və ciddi şəkildə maddi dəstəyi olmayan Ukraynanın məğlubiyyətə uğraması riski var:

"Planlaşdırılmamış təxminən 397 milyon avro son bir neçə həftə ərzində müəyyən edilib və bu, büdcə tələblərinə uyğundur”.

Nəşr qeyd edib ki, 2024-cü ildə Almaniyanın Ukraynaya yardımının büdcəsi təxminən 8 milyard avro təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı