Rusiya-Çin yaxınlaşması ABŞ-ni narahat edir - KİV

Çin və Rusiya arasında birgə hərbi təlimlərin artması ABŞ-ni narahat edir.

Metbuat.az "CNN"ə istinadən bildirir ki, Pekin və Kremlin keçən həftə təşkil etdiyi hərtərəfli "Ocean-2024" təlimi “ABŞ-a qarşı güc nümayişi” kimi xarakterizə edilir. Sakit və Şimal Buzlu okeanlarında, həmçinin Aralıq dənizi, Xəzər və Baltikyanı ölkələrdə keçirilən 7 günlük təlimdə 90 mindən çox əsgər, 500-dən çox döyüş gəmisi və sualtı qayıq, o cümlədən ən azı 120 helikopter və reaktiv təyyarə iştirak edib.

Rusiya lideri Vladimir Putin bunun son 30 ildə keçirilən ən böyük təlim olduğunu bildirib və deyib:

"Biz dost ölkələrimizlə əməkdaşlığımızın gücləndirilməsinə xüsusi önəm veririk. Bu, dünyada geosiyasi gərginliyin artdığı bir vaxtda xüsusilə vacibdir".

İyul ayında Alyaska sahillərində keçirilən təlimdə Rusiya və Çin ordusuna aid bombardmançı təyyarələrin ilk dəfə birlikdə uçduğu görülüb. Digər tərəfdən Rusiyanın son zamanlar Alyaska ətrafında artan fəaliyyətlərindən narahat olan Amerika ordusu dünən bölgəyə əsgər göndərib.

Təhlillərə görə, Putin NATO-nun genişlənməsinin qarşısını almağı hədəflədiyi halda, Çin lideri Xi Jinping Tayvanda və Cənubi Çin dənizində hökmranlığı ələ keçirmək istəyir.

Digər tərəfdən, bəzi analitiklər Rusiya ilə Çin arasındakı əməkdaşlığın hələ ki, dəqiq bir məqsəd güdmədiyini iddia edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı