"Ukrayna NATO-ya həmişəkindən daha yaxındır" - Stoltenberq

“Cənubda Türkiyə, şimalda Norveç və ABŞ, qərbdə Kanada və İngiltərə olmadan Avropa qitəsinin təhlükəsizliyini proqnozlaşdırmaq mümkün deyil”.

Metbuat.az xəbər verir ki, bunu NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq deyib. O, on illik fəaliyyətini əks etdirən çıxışında üzv ölkələri alyansın əsas dəyərlərinə və transatlantik əlaqələrin davamlılığına riayət etməyə çağırıb.

Stoltenberq vida nitqində avropalılar üçün “NATO olmadan qitədə təhlükəsizlik olmadığını” ifadə edib. İşlədiyi müddətdə beş böyük dərs aldığını bildirən Stoltenberq, bunların NATO-nun gələcək uğurlarının açarı olduğunu deyib.

“Hərbi güc dialoq üçün ilkin şərtdir” deyən Stoltenberq Ukraynadan danışarkən ölkənin NATO-ya hər zamankindən daha yaxın olduğunu vurğulayaraq, alyansın qapısının açıq olduğunu, Ukraynanın da qoşulacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı